“Nine Senses Fest” yoqa festivalının ikinci günü keçirilir
03.05.2025 [17:42]
Xəbərin mətni
“Nine Senses Fest” beynəlxalq yoqa festivalının ikinci günü davam edir. “Sea Breeze Event Hall” və “Nine Senses Sea Breeze”də festival səhər saatlarında yoqa və meditasiya seansları ilə başlayıb. Məşhur ustalar - Kənan Məmmədov, Sudhakar Dass, Lev İvanov və Perukua yoqa və meditasiya dərsləri, karma və daxili güc haqqında mühazirələr, vokal yoqa, qadın enerjisi və art-terapiya üzrə ustad dərsləri keçiriblər.