Səfir Nəsimi Ağayev: Məqsədimiz Almaniyadakı digər əsir düşərgələrində də azərbaycanlı əsirlərin xatirəsinin əbədiləşdirilməsidir
05.05.2025 [12:07]
Xəbərin mətni
“İkinci Dünya müharibəsi illərində Zaksenhauzen əsir düşərgəsində azərbaycanlı əsirlər də saxlanılıb, burada işgəncələrə məruz qalıb və qətlə yetirilib. Biz səfirlik olaraq, Zaksenhauzen Muzeyi ilə əlaqə yaratdıq, azərbaycanlı əsirlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müraciət etdik. Uzun müzakirələrdən sonra bu barədə razılıq əldə olundu və bu gün həm Azərbaycan, həm də alman dillərində xatirə lövhəsi açıldı”. Bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev səfirlik tərəfindən Almaniyanın Zaksenhauzen əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.