Daha çox şəxs mənzil alacaq – qanunvericilikdə dəyişiklik
06.05.2025 [19:15]
Azərbaycanda bir sıra şəxslərə dövlət tərəfindən pulsuz evlər veriləcək. Bu, qanunvericiliyə edilən son dəyişikliklərlə nəzərdə tutulub. Əvvəllər də müəyyən kateqoriyalara aid vətəndaşlar bu hüquqdan istifadə edə bilirdilər. Yeni dəyişikliklər isə siyahını genişləndirib və daha çox insanı əhatə edir.