Yeni dövrün mübarək, azad Şuşa
08.05.2025 [18:01]
1992-ci il mayın 8-i... Dağlar qoynunda yerləşən, mədəniyyət beşiyi, Azərbaycanın musiqi və poeziya şəhəri Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu şəhər bir millətin mədəni ruhu, tarixi irsi və mənəvi dayağı idi. 28 il biz bu təqvimi Azərbaycan tarixinə qara hərflərlə yazılmış bir gün kimi qeyd etdik. 28 il Şuşa həsrəti, Şuşa niskili ilə yaşadıq. İllərlə bu gözəl diyara nə əlimiz çatdı, nə ünümüz yetdi. Nə də doğma torpağına ayaq basa bildik.