Maqdeburqda Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş boks turniri keçirilib
11.05.2025 [13:06]
Xəbərin mətni
Almaniyada fəaliyyət göstərən Odlar Yurdu Boks Klubunun təşkilatçılığı ilə Maqdeburq şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş boks turniri keçirilib. AZƏRTAC xəbər verir ki, Odlar Yurdu Boks Klubunun rəhbəri Azad Əzizov jurnalistlərə açıqlamasında ənənəvi olaraq Klubun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən yarışlar təşkil etdiyini bildirib. Qeyd edib ki, budəfəki turnirdə Maqdeburq və ətraf şəhərlərdən 100-dək idmançı mübarizəyə qoşulub. A.Əzizov turnirin təşkilinə göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını ifadə edib.