Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xudafərin körpüsünün sütun hissəsində qazıntı işləri aparan İran vətəndaşları saxlanılıb

11.05.2025 [14:48]

Xəbərin mətni

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub. DSX-nın Mətbuat Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək, körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçib və sütun hissəsində qazıntı işləri aparmağa başlayıb.