Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tar konserti keçirilib
11.05.2025 [16:32]
Xəbərin mətni
Mayın 10-da Azərbaycanın Böyük Britaniyadakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tar konserti keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirə Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının nümayəndələri, tələbələr, diaspor fəalları qatılıb. Konsertdə Əməkdar mədəniyyət işçisi, tanınmış tarzən Rafiq Rüstəmov xalq və bəstəkar mahnıları səsləndirib. Tarzən Rafiq Rüstəmovu nağarada Malik Təbrizli müşayiət edib.