Azərbaycanın Venesiya Arxitektura Biennalesində debütü
11.05.2025 [17:43]
Xəbərin mətni
Azərbaycan son illərdəki memarlıq inciləri ilə ilk dəfə Venesiyada Beynəlxalq Arxitektura Biennalesində iştirak edir. AZƏRTAC xəbər verir ki, mayın 10-dan noyabrın 23-dək keçirilən XIX Arxitektura Biennalesində ölkəmiz Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə “Tarazlıq. Azərbaycanın motivləri” (“Equilibrium. Patterns of Azerbaijan”) adlı pavilyonla təmsil olunur.