Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam Muğam Mərkəzi Qarabağda muğam sənətinin işğaldan əvvəlki şöhrətinin bərpasında mühüm rol oynayacaq

11.05.2025 [18:14]

Xəbərin mətni

Ağdam şəhərində inşa edilən Muğam Mərkəzi Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Bu sözləri Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərvin Rüstəmova AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.