Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəngərli kəndinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər

11.05.2025 [20:05]

Xəbərin mətni

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Ağdam rayon Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.