Xocalıdakı heyvandarlıq kompleksində istehsal olunan məhsullar daxili bazarla yanaşı, xaricə ixrac ediləcək
11.05.2025 [20:37]
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycanın iqtisadi potensialının artmasına geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin təşviqi biznes cəlbediciliyinin artırılmasında, regionun inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri həyata keçirilir. Belə müəssisələrdən biri də Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 9-da açılışı olan “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksidir.