Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa: Dördüncü yaşayış kompleksində 16 binanın inşası nəzərdə tutulub

11.05.2025 [21:32]

Xəbərin mətni

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulan dördüncü yaşayış kompleksində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlı mənzillər olacaq. Yaşayış kompleksinin ərazisində zəruri sosial infrastruktur yaradılacaq.