Daşaltı kənd məscidi Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub
11.05.2025 [21:34]
Xəbərin mətni
İşğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işləri çərçivəsində məscidlərin bərpası və inşası da mühüm yer tutur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışı ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.