Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir
11.05.2025 [22:14]
Xəbərin mətni
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə “Gənclərin Peşə Bələdçisi” layihəsi çərçivəsində düşərgə mərhələsinə start verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək, onların motivasiyasını artırmaq, bacarıqları və əmək bazarı ehtiyacları arasında körpü yaratmaq üçün “gənclərin peşə bələdçilərini” formalaşdırmağı hədəfləyir.