Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tahir Gözel Zambiyada Rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib

12.05.2025 [17:29]

Xəbərin mətni

Mayın 8-12-də iş adamı Tahir Gözel “AfCFTA”nın Baş katibi Wamkele Menenin dəvəti əsasında Zambiyanın paytaxtı Lusaka şəhərində keçirilən “Rəqəmsal Ticarət” Forumunda iştirak edib. Tahir Gözel çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında oynadığı rolu vurğulayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin qazandığı nailiyyətləri, xüsusilə innovasiya sahəsindəki tərəqqini diqqətə çatdırıb.