Qarabağa səfər edən avstraliyalı vəkil: Hər yerdə sürətli yenidənqurma işləri gedir
12.05.2025 [18:13]
Xəbərin mətni
Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Daha öncə Azərbaycana prezident seçkilərini müşahidə etməyə gələn Avstraliya nümayəndə heyətinin tərkibində səfər etmişəm. Budəfəki səfərimin məqsədi Azərbaycanın işğaldan azad olmuş ərazilərinə dəymiş ziyanı öz gözlərimlə görmək və Azərbaycan hökumətinin burada həyata keçirdiyi yenidənqurma işlərini daha yaxından izləməkdir. Bunu mayın 12-də Şuşaya səfər edən avstraliyalı vəkil Steven Blyth AZƏRTAC-ın bölgə müxbirinə deyib.