Azərbaycan Dövlət İnformasiya Agentliyi

Marjan Osvald: Bakıda Ümumdünya Poçt İttifaqının Avropa və MDB üzrə yeni Regional İnkişaf Planı hazırlanacaq

13.05.2025 [12:15]

Xəbərin mətni

Bu gün Bakıda keçirilən və 3 gün davam edəcək Avropa və MDB Poçt Liderlərinin I Forumunda Ümumdünya Poçt İttifaqının (ÜPİ) 2026-2029-cu illərdə bu region üçün Regional İnkişaf Planı müzakirə olunacaq və əsas hədəflər müəyyənləşəcək. Bu barədə Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun Baş direktor müavini Marjan Osvald Bakıda keçirilən forumda çıxışında deyib.