Azərbaycan Dövlət İnformasiya Agentliyi

Orxan Məmmədov: Dövlət dəstəyi ilə 10-a yaxın sahibkar “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində iştirak edir

13.05.2025 [18:49]

Xəbərin mətni

KOBİA-nın stendində məhsul və xidmətlərini təqdim edən KOB subyektlərinin əksəriyyəti “Caspian Agro” və “InterFood Azerbaijan” kimi ixtisaslaşmış sərgilərdə ilk dəfə iştirak edirlər. Bu fikirləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində deyib.