Azərbaycan Dövlət İnformasiya Agentliyi

ASK: Yanvar-mart aylarında sahibkarlar xaricə 153 milyon dollarlıq tərəvəz ixrac ediblər

13.05.2025 [19:03]

Xəbərin mətni

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yüzlərlə müasir aqroparklar, emal müəssisəsi, yeni istehsal sahələri yaradılıb. Daxili tələbatın ödənilməsində yerli məhsulların payı artıb. Bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində deyib.