Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı sərgisi dayanıqlı artımın təmin edilməsi baxımından önəmlidir

13.05.2025 [19:46]

Xəbərin mətni

30-cu yubiley “InterFood Azerbaijan” və 18-ci “Caspian Agro” sərgilərinin ölkəmizdə keçirilməsi iqtisadiyyatımızın qeyri-neft-qaz sektorunun inkişafı kimi strateji hədəfi olan AZPROMO üçün dayanıqlı artımın təmin edilməsi baxımından önəmlidir. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində deyib.