Belarus nümayəndəsi: Müəssisələrimiz Bakıdakı sərgidə sərfəli kontraktlar imzalayır
14.05.2025 [15:25]
Xəbərin mətni
Azərbaycanla münasibətlərimiz çox mehriban və yüksək səviyyədədir. Biz hər il Azərbaycanda keçirilən sərgidə iştirak edirik. Belarusun ət-süd sənayesi, qənnadı məmulatları, spirtli içkilər istehsalı müəssisələrini gətiririk. Şirkətlərimiz isə sərfəli müqavilələr bağlayır. Hər il Belarus ekspozisiyası 100 kvadratmetrdən çox ərazini əhatə edir. Bu barədə müsahibəsində “Belinterexpo” sərgi şirkətinin mütəxəssisi Natalya Romançuk XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri çərçivəsində məlumat verib.