Ravvin Mark Şnayer: Azərbaycan dinlərarası əməkdaşlıq və birgəyaşayış baxımından dünya miqyasında nümunədir
14.05.2025 [17:16]
Xəbərin mətni
Birincisi, 57 müsəlman ölkəsi arasında Azərbaycan İsrailin ən yaxın dostudur. İkincisi, Azərbaycan və Prezident İlham Əliyev ölkənin yəhudi icmasına dərin ehtiramla yanaşır. Azərbaycanda 25-30 min arasında yəhudi yaşayır və onlar Prezident İlham Əliyev və Azərbaycan xalqı tərəfindən çox yüksək hörmətlə qarşılanırlar. Üçüncüsü isə Azərbaycan dünyaya dinlərarası və mədəniyyətlərarası dialoq və birgəyaşayış baxımından nümunədir. Bu sözləri ABŞ-ın “Etnik Anlaşma Fondu”nun prezidenti Ravvin Mark Şnayer deyib.