Rövşən Məmmədov: Vətəndaşlarımızın aldığı informasiyanın keyfiyyəti, onun düzgünlüyü və etibarlılığı daha böyük əhəmiyyət kəsb edir
15.05.2025 [14:37]
Xəbərin mətni
“Yerli, həm də qlobal miqyasda aktual və strateji məsələlərin müzakirəsi baxımından “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfrans ideal platformadır”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.