Natiq Məmmədli: Milli mətbuatımızın 150 illik tarixi həm də gələcəyi düşünmək üçün mühüm informasiya bazası yaradır
15.05.2025 [15:40]
Xəbərin mətni
“Milli mətbuatımızın 150 illik tarixi yalnız keçmişi anmaq üçün deyil, həm də gələcəyi düşünmək üçün mühüm informasiya bazası yaradır. Bu baxımdan, konfransın mövzusu ilə tarixi təcrübənin və peşəkar mirasın vəhdəti mühüm əhəmiyyət daşıyır”. Bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı səsləndirib.