Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Oyunları könüllülərinin bir günü

23.06.2015 [21:03]

Avropa Oyunları ərəfəsində paytaxın mərkəzi küçələrində əsl bayram əhval ruhiyyəsi yaşanır. Bu bayrama xüsusi rəng qatan isə mavi köynəkli könüllülərdir. Onlar havanın istisinə baxmayaraq iyunun 12-dən başlayaraq paytaxtın müxtəlif hissələrində toplaşaraq şəhərimizə gələn turistlərə, qonaqlara və yerli sakinlərə pulsuz su, xəritə paylayır, xarici qonaqlara yol göstərirlər.