Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı
16.05.2025 [14:12]
Xəbərin mətni
Talış xanlarının soyundan olan Mirəhməd Xan Talışlı 1913-cü ildə Tiflisdə keçirilən gözəllik yarışmasında birinci yerə çıxan həyat yoldaşı Tuğra xanımın şərəfinə Lənkəranın mərkəzində möhtəşəm bir ev tikdirir. Bu bina Lənkəranda inşa edilən ilk çoxmərtəbəli tikili olmaqla yanaşı, həm də elektrik və mərkəzləşdirilmiş isitmə sistemi ilə təmin edilən ilk ev kimi tarixə düşür.