Azərbaycan Dövlət İnformasiya Agentliyi

Teymur Musayev: Davamlı peşəkar inkişaf konsepsiyasının tətbiqi ilə tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmaları üçün imkanları genişlənəcək

16.05.2025 [17:36]

Xəbərin mətni

Davamlı peşəkar inkişaf üzrə elmi və ya tədris tədbirlərini ali və orta ixtisas tibb təhsili müəssisələri, tibb sahəsi üzrə “Elm haqqında” Qanuna uyğun olaraq elm müəssisələri, xarici ölkələrin Azərbaycan Respublikasında olan tibb sahəsi üzrə təhsil və elm müəssisələrinin filialları, tibb mütəxəssislərini birləşdirən və təsis sənədlərində tibb mütəxəssislərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi müəyyən edilən ictimai birliklər həyata keçirəcək. Davamlı peşəkar inkişaf təminatçılarının siyahıları, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş tədbirlər nazirliyin internet saytında yerləşdiriləcək. Bu barədə Milli Məclisdə çıxış edən səhiyyə naziri Teymur Musayev nazirlik tərəfindən parlamentin Səhiyyə Komitəsinə təqdim edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib.