Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səhiyyə naziri: Sertifikasiya imtahanından keçməyən işçinin 6 ay müddətində iş yeri ilə yanaşı, aylıq vəzifə maaşının saxlanılması təklif olunur

16.05.2025 [17:39]

Xəbərin mətni

Səhiyyə Nazirliyi tərəfindən davamlı peşəkar inkişafa dair qanunvericilik təşəbbüsünün layihəsi hazırlanıb. Layihə hazırlanarkən mövcud vəziyyət təhlil edilib və beynəlxalq təcrübə öyrənilib. Bu barədə Milli Məclisdə çıxış edən səhiyyə naziri Teymur Musayev nazirlik tərəfindən parlamentin Səhiyyə Komitəsinə təqdim edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib.