Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əməkdar artist Fərid İbrahimov: Vindzorda canlı orkestrin müşayiəti ilə Azərbaycan mədəniyyətini təqdim etmək böyük qürurdur

17.05.2025 [13:58]

Xəbərin mətni

“Biz Azərbaycan mədəniyyətini təbliğ edirik, mədəniyyətimizin bir ordusuyuq. Bu il isə daha geniş heyətlə, canlı orkestrin müşayiəti ilə təqdim etdiyimiz proqram bizim üçün xüsusilə qürurvericidir”. Bu fikirləri Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu – 2025” çərçivəsində AZƏRTAC-a müsahibəsində Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının baş zabit xoreoqrafı, Əməkdar artist Fərid İbrahimov bildirib.