Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyadan gələn yüklər bu stansiyada çeşidlənir

17.05.2025 [20:20]

Xəbərin mətni

Tarixi baxımdan Biləcəri stansiyası strateji əhəmiyyətə malik olub. 1918-ci ilin avqustunda ingilis qoşunları bu stansiyada yerləşmişdi. Həmin dövrdə Osmanlı sərkərdəsi Nuru paşanın rəhbərlik etdiyi ordunun tərkibində türk hərbi hissələri ilə yanaşı, general Əliağa Şıxlinskinin başçılıq etdiyi Azərbaycan hərbi bölmələri də vuruşurdu. 1918-ci ilin iyununda Gəncədən başlanan hücum əməliyyatları çətin şəraitdə keçirdi. Dəmir yolları üzərində gedən müharibənin ən şiddətli döyüşləri Müsüslü, Kürdəmir və Biləcəri kimi böyük stansiyaların ətrafında baş verməsi təsadüfi deyildi. Çünki o dövrdə dəmir yoluna nəzarət, bütöv bir bölgəyə nəzarət demək idi.