Orxan Məmmədov: Rəqəmsal transformasiya bizim sədrliyimizin əsas prioritetlərindəndir
20.05.2025 [12:42]
Xəbərin mətni
Azərbaycanda biz kiçik və orta sahibkarlara (KOS) praktik dəstəyin göstərilməsinə davam edirik. KOB evlərimiz sahibkarlığın qeydiyyatı, lisenziyalaşdırma, maliyyə məsləhətləri və ixrac bazarlarına çıxış kimi xidmətləri bir mərkəzdə təqdim edir. Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci plenar iclasında çıxışı zamanı deyib.