Sərhədlərarası korrupsiya cinayətləri ilə mübarizə GlobE Şəbəkəsinin çətiri altında birgə fəaliyyətlə mümkün ola bilər
20.05.2025 [13:18]
Xəbərin mətni
Sərhədlərarası korrupsiya cinayətləri ilə mübarizə yalnız bütün dünyada korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının BMT-nin GlobE Şəbəkəsinin çətiri altında birgə və həmrəy fəaliyyəti ilə mümkün ola bilər. Bunu Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun (NAZAHA) prezidenti Mazin Bin İbrahım Əl-Kahmus BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi- GlobE Network-çərçivəsində Bakıda keçirilən altıncı plenar iclasının açılış mərasimində çıxış edərkən deyib.