Vinsan Bezomb: Aveyronda Fransanın azadlığı uğrunda yüzlərlə azərbaycanlı əsgər həlak olub
20.05.2025 [15:48]
Xəbərin mətni
Aveyron departamentində Müqavimət Hərəkatında bir çox qrup olub. Maki (maquis) adlanan bu qruplara azərbaycanlı əsgərlər də qoşulublar və onlarla birlikdə azadlıq uğrunda mübarizə aparıblar. Bu sözləri “Souvenir Français” təşkilatının Rodez şəhəri üzrə komitəsinin prezidenti Vənsan Bezomb Rodezin azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı əsgərlərin xatirəsinin yad edildiyi tədbirdə deyib.