Fransalı polkovnik: Ölkəmizi müdafiə etmiş azərbaycanlı əsgərlərə borcluyuq
20.05.2025 [15:50]
Xəbərin mətni
Azərbaycanın Fransadakı səfirinə, eləcə də hərbi atteşeyə də söylədim. Bu gün biz burada olmağımıza, mövcudluğumuza görə ölkəmizi müdafiə etmiş, onun uğrunda mübarizəyə qoşulmuş azərbaycanlı əsgərlərə borcluyuq. Təəssüf ki, bu, onların həyatı bahasına başa gəlib. Bu sözləri fransalı polkovnik Arno Kamburnak Rodezin azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı əsgərlərin xatirəsinin yad edildiyi tədbirdə deyib.