Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tailand nümayəndəsi: Bakıda keçirilən tədbir korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından böyük rol oynayır

20.05.2025 [16:33]

Xəbərin mətni

Korrupsiya dünyada ən böyük problemlərdən biridir və onun mürəkkəb mexanizmi mövcuddur. Bu baxımdan korrupsiyanın qarşısını almaq üçün əməliyyatlar olduqca zəruridir. Bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçısı, Tailand Milli Antikorrupsiya Komissiyasının nümayəndəsi Sornçay Çouçian deyib.