Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kayrat Sarıbay: Azərbaycan AQEM-ə uğurla sədrlik edəcək

20.05.2025 [17:21]

Xəbərin mətni

Azərbaycanın sədrliyi sayəsində AQEM Asiyada əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi üzrə dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq. Bu sözləri AQEM-in baş katibi Kayrat Sarıbay Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci plenar iclasından sonra jurnalistlərə açıqlaması zamanı bildirib.