İDMAN


Boksçu Teymur Məmmədova medalı Prezident İlham Əliyev təqdim edib

Birinci Avropa Oyunlarında Azərbaycana 15-ci qızıl medal sevincini boksçumuz Teymur Məmmədov yaşadıb. AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu gərgin keçən final qarşılaşmasında italiyalı Valentino Manfredonianı 3:0 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.