Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub
21.05.2025 [19:54]
Xəbərin mətni
Mayın 21-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) dəstəyi və Talış icmasının təşkilatçılığı ilə folklor tədqiqatçısı Fərbiyə Şabanovanın 85 illik yubileyinə və onun yaratdığı “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib.