Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATU-nun Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb

22.05.2025 [14:02]

Xəbərin mətni

Mayın 22-də Azərbaycan Tibb Universitetində (ATU) Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr edilmiş “Məhkəmə psixiatriyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, ATU və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Belarusdan olan mütəxəssislər də iştirak edirlər.