Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş prokurorun müavini: Bakı 2026-cı ildə İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumlarının yüksəksəviyyəli görüşünə ev sahibliyi edəcək

22.05.2025 [20:52]

Xəbərin mətni

Azərbaycan hökuməti korrupsiya ilə mübarizənin qarşısında güclü iradə qoyub. Ölkənin bu sahədəki hüquqi təşəbbüsləri və antikorrupsiya tədbirləri qlobal səviyyədə dəstək tapıb. Bu fikirləri Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyatlar Şəbəkəsinin - GLOBE Network - 6-cı Plenar iclasının bağlanış mərasimində deyib.