Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Oyunlarında 16-cı qızıl medalı komandamıza gənc boksçu Elvin Məmişzadə qazandırdı

26.06.2015 [19:19]

Azərbaycanın gənc boksçusu, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə finalda italiyalı idmançı Vincenzo Pikardini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.