Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası uğurla həyata keçirilib

26.05.2025 [21:00]

Xəbərin mətni

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 26 may tarixli Sərəncamı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin, Milli Məclisin deputatlarının, Əfv Məsələləri Komissiyasının üzvlərinin, hüquq müdafiəçilərinin, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın, vətəndaş cəmiyyəti və media təmsilçilərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki müxtəlif rejimli cəzaçəkmə müəssisələrində, habelə alternativ cəzaların icrasını təmin edən Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yerli qurumlarında uğurla həyata keçirilib.