Əfv Sərəncamının imzalanması Prezidentin növbəti humanist addımıdır
27.05.2025 [17:22]
Ölkəmiz üçün mühüm, əlamətdar gün ərəfəsində Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv Sərəncamı minlərlə ailəyə sevinc gətirdi. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam dövlət başçısının növbəti humanist addımdır. Bu, həmçinin Prezident İlham Əliyevin insan hüquqları sahəsində öz vətəndaşına verdiyi dəyərin göstəricisi, milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır.