Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət tərəfindən ödənilən birdəfəlik yardımdan kimlər yararlana bilər?

27.05.2025 [17:58]

Azadlıqdan məhrumetmə cəzasını başa vuraraq cəmiyyətə qayıdan şəxslərin sosial adaptasiyası məqsədilə dövlət tərəfindən onlara birdəfəlik maddi yardım verilir. 2025-ci il üçün keçmiş məhkumlara verilən birdəfəlik müavinətin məbləği 1600 manat təşkil edir. Bu rəqəm ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının - yəni 400 manatın dörd misli qədər müəyyən edilib. Sözügedən müavinət Azərbaycan Respublikasının vətəndaşlarına, eləcə də ölkədə daimi yaşayan, lakin vətəndaşlığı olmayan şəxslərə şamil olunur.

BÖLMƏNİN DİGƏR VİDEOLARI