Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: QHGT Tədqiqat Mərkəzi gənclərin qlobal problemlərin həllində rolunu gücləndirəcək

27.05.2025 [18:00]

Xəbərin mətni

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Tədqiqat Mərkəzi gənclərin qlobal problemlərin həllində rolunu gücləndirəcək. Həmçinin Mərkəz Qoşulmama Hərəkatına üzv ölkələrin gənc tədqiqatçılarının elmi-texniki potensialının artırılmasında mühüm rol oynayacaq. Bu fikirləri Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev mayın 27-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.