Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyana OPEC-in 9-cu Beynəlxalq Seminarına ev sahibliyi edəcək

27.05.2025 [20:03]

Xəbərin mətni

OPEC-in 9-cu Beynəlxalq Seminarı 9–10 iyul tarixlərində Avstriyanın paytaxtı Vyanada yerləşən məşhur Hofburq sarayında keçiriləcək. Seminarın mövzusu “Birlikdə yol xəritəsi cızaraq: qlobal enerjinin gələcəyi” olacaq. AZƏRTAC xəbər verir ki, qlobal enerji sənayesinin aparıcı tədbirlərindən biri hesab edilən OPEC Beynəlxalq Seminarı OPEC üzv ölkələrinin və Əməkdaşlıq Bəyanatına qoşulmuş ölkələrin nazirləri, enerji istehsal və istehlak edən ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların, iri enerji və maliyyə qurumlarının rəhbərləri, siyasətçilər, alimlər, ekspertlər və aparıcı media nümayəndələrini bir araya gətirir.