“Yeniləşən Azərbaycana yeni məktəb”: İsmayıllıda inşa olunan 1296 şagird yerlik “Talıstan” liseyi
27.05.2025 [21:37]
Xəbərin mətni
Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizin bir çox regionlarında beynəlxalq tələblərə cavab verən yeni məktəb binalarının inşasına, onların müasir avadanlıqla təchiz olunmasına xüsusi diqqət yetirilir, bir sıra köhnə məktəb binalarının əsaslı təmiri istiqamətində mühüm işlər görülür.