Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyətindən geriyə qalan miras

28.05.2025 [12:11]

Azərbaycanın zəngin və şərəfli dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti dövrüdür. Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın mədəni-siyasi yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdı. 1918-ci il mayın 28-də Şərqdə ilk parlamentli və demokratik respublika olan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoymuş oldu.

BÖLMƏNİN DİGƏR VİDEOLARI