Azərbaycan Dövlət İnformasiya Agentliyi

Norveçdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş musiqili videolayihə hazırlanıb

28.05.2025 [12:34]

Görkəmli bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Norveçdə unikal musiqili videolayihə hazırlanıb.