30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisində süni intellekt, dekarbonizasiya ilə bağlı yeniliklər təqdim olunacaq
29.05.2025 [15:56]
Xəbərin mətni
30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq. Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.